Milanda təyyarə qəzasında 8 nəfər ölüb - YENİLƏNİB

Milanda təyyarə qəzasında 8 nəfər ölüb - YENİLƏNİB
# 03 oktyabr 2021 17:38 (UTC +04:00)

Milanın cənub-qərbində "San-Donato" metro stansiyası yaxınlığında “Piper” tipli təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə ANSA agentliyi məlumat yayıb.
Ölənlər arasında 2 pilot, biri uşaq olmaqla, 6 sərnişin var.
Ölənlərdən biri Fransa vətəndaşı olan qadındır.

***

saat 17.00

Kiçik həcmli təyyarə Milanın cənubunda "San-Donato" metro stansiyası yaxınlığına düşüb.
APA-nın “La Repubblica” qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində yaxınlıqdakı bina və bir neçə avtomobil yanıb.
Milanın “Linate” aeroportundan Sardiniyaya uçan təyyarənin pilotu və 5 sərnişin ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR