Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi arasında telefon danışığı olub

NATO Baş katibi Yens Stoltenberq,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | NATO Baş katibi Yens Stoltenberq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 05 avqust 2021 13:36 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Jens Stoltenberq arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, J.Stoltenberq Türkiyədəki yanğınlardan təəssüfləndiyini bildirib, həyatını itirənlərlə bağlı başsağlığı verib.

Baş katib NATO-nun müttəfiqi Türkiyə ilə həmrəy olduğunu vurğulayıb.

Telefon söhbətində, həmçinin Əfqanıstanla da bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR