Mövlud Çavuşoğlu Yunanıstanın baş naziri ilə görüşüb

Mövlud Çavuşoğlu, Kiriakos Miçotakis,Nikos Dendias

© APA | Mövlud Çavuşoğlu, Kiriakos Miçotakis,Nikos Dendias

# 31 may 2021 13:52 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın baş naziri Kiriakos Miçotakislə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

"Dialoq kanallarımızın canlanması müsbətdir. Problemlərimizin həlli üçün münasibətlərimizin gücləndirilməsi vacibdir", -deyə Türkiyə XİN başçısı qeyd edib.

Görüşdə Yunanıstanın XİN başçısı Nikos Dendias da iştirak edib.

Qeyd edək ki, Türkiyə XİN başçısı Yunanıstanda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR