Napoleonun silahdaşının nəşi 200 il sonra Fransada dəfn olunub

Sezar Şarl-Eten Quden

© APA | Sezar Şarl-Eten Quden

# 02 dekabr 2021 16:23 (UTC +04:00)

Fransız general Sezar Şarl-Eten Qudenin nəşi 200 il sonra vətənində yenidən dəfn olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, dəfn mərasimi bu gün Parisdə, Əlillər Evində həyata keçirilib.

Dəfn mərasimində Fransa hökumət nümayəndələri, Rusiya-Fransa Tarixi Təşəbbüslərinin İnkişafı Fondu, general nəslinin nümayəndələri iştirak ediblər. General Quden Napoelon Bonapartın yanında, onun digər marşalları ilə yanaşı dəfn olunub.

Qeyd edək ki, general Qudenin nəşinin qalıqları 2019-cu ildə Rusiyanın Smolensk şəhərində tapılıb və bu il iyulun 13-də Moskvadan Parisə gətirilib. Onun nəşinin qalıqları Rusiya-Fransa Tarixi Təşəbbüslərinin İnkişafı Fondun apardığı arxeoloji araşdırmalar nəticəsində tapılıb.

Xatırladaq ki, aristokrat nəslindən olan general Quden Napoleonun sinif yoldaşı və silahdaşı olub. O, 1812-ci ildə Napoleon ordusunun Rusiyaya hücumu zamanı Smolensk yaxınlığında top mərmisindən atəş nəticəsində ayağının birini itirib. Xəstəyə Napoleon şəxsən özü qulluq edib. Bir neçə gün sonra vəfat edən generalın ürəyi Fransaya gətirilsə də nəşi Smolenskdə dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR