NATO baş katibi: ""Taliban" beynəlxalq terrorçuların Əfqanıstanda yenidən ayaq açmasına imkan verməməlidir"

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 17 avqust 2021 18:21 (UTC +04:00)

"Dünya sülhün və sabitliyin olduğu Əfqanıstanı dəstəkləməyə davam etməlidir".

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O deyib ki, Əfqanıstanda gücü ələ alanlar beynəlxalq terrorçuların yenidən bu ölkədə fəaliyyətə başlamasına imkan verməməlidir və bu məsələ ilə bağlı onlar məsuliyyət daşıyır.

NATO baş katibi bildirib ki, hərbi ittifaqın müttəfiqləri terrorizmə qarşı mübarizədə qərarlıdır, həssasdır və bununla mübarizədə bütün imkanlara sahibdir.

"NATO-nun mövcudluğu və beynəlxalq ictimaiyyətin dəstəyi ilə yeni nəsil yeni, fərqli Əfqanıstanda böyüyüb. Onlar təhsil ala bilib, siyasi proseslərdə iştirak edib. Bu gün Əfqanıstan 2001-ci ilin Əfqanıstanından fəqlidir. Əldə olunan bütün bu qazanclar asanlıqla heçə çevrilə bilməz.

Dünya Əfqanıstanı yaxındən izləyəcək və eyni zamanda, sülhün və sabitliyin olduğu Əfqanıstanı dəstəkləməyə davam etməlidir",- deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR