NATO-nun Baş katibi: "Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyinə görə təkrar minnətdarlığımızı bildiririk"

NATO-nun Baş katibi: "Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyinə görə təkrar minnətdarlığımızı bildiririk"

© APA | Yens Stoltenberq, NATO-nun Baş katibi

# 14 iyun 2021 20:28 (UTC +04:00)

“Türkiyə üçün təhlükəsizlik tədbirlərinə dəstəyimiz artıb”.

APA-nın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Y.Stoltenberq bunun tam olaraq tətbiq olunması üçün NATO-Türkiyə əlaqələrinin davam etdiyini vurğulayıb: “Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq-sayıq olmağa davam edirik. Müttəfiqimiz olan Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyinə görə təkrar minnətdarlığımızı bildiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR