NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşünün vaxtı açıqlanıb

NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşünün vaxtı açıqlanıb
# 05 oktyabr 2021 22:33 (UTC +04:00)

NATO ölkələrinin müdafiə nazirləri 21-22 oktyabr tarixlərində Brüsseldə bir araya gələcək.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

“Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində toplantısı 21-22 oktyabr 2021 -ci ildə NATO-nun qərargahında baş tutacaq. Görüşlər şəxsən NATO-nun baş katibi Yens Stoltenberqin rəhbərliyi altında keçiriləcək”, deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, görüş proqramının daha sonra açıqlanacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR