Nobel mükafatları bu il laureatların yaşadığı ölkələrdə təqdim olunacaq

Nobel mükafatları bu il laureatların yaşadığı ölkələrdə təqdim olunacaq
# 23 sentyabr 2021 14:24 (UTC +04:00)

Bu il davam edən koronavirus pandemiyası səbəbindən Nobel mükafatları Stokholmda rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək.

APA-nın məlumatına görə, bu barədə Nobel Fondunun açıqlamasında deyilir.

"Düşünürəm ki, hər kəs pandemiyanın bitməsini istəyir, lakin bu, hələ baş verməyib. Nobel mükafatı qlobal bir fenomendir. 2021-ci ildə mükafatlar laureatlara öz ölkələrində təqdim ediləcək", - deyə Nobel Fondunun icraçı direktoru Vidar Helgesen bildirib.

Stokholmda yalnız yerli ictimaiyyət üçün mərasim keçiriləcək.

Eyni zamanda, Norveç Nobel Komitəsi Nobel Sülh Mükafatı laureatlarının dekabr ayında Norveçin paytaxtına keçiriləcək mərasimə gələ biləcəyini hələ də istisna etmir.

Nobel mükafatının laureatları oktyabrın 4-dən 11-dək elan ediləcək, mükafatların təqdimatı Nobel Həftəsi çərçivəsində dekabrın 10-na planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR