Oliver Varhelyi Gürcüstan rəsmiləri ilə görüşüb - FOTO

Oliver Varhelyi Gürcüstan rəsmiləri ilə görüşüb - FOTO

© APA | Oliver Varhelyi, İrakli Qaribaşvili

# 07 iyul 2021 17:20 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq məsələləri üzrə Komissarı Oliver Varhelyi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Aİ Komissarı "Twitter" paylaşımında bildirib.

"Aİ COVID-19 böhranı ilə mübarizə və siyasi qütbləşməyə qarşı mübarizənin olduğu çətin zamanlarda Gürcüstan və onun xalqının yanındadır. Ümid edirəm ki, biz indi Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisya Planı ilə gələcəyə yönələ bilərik", - deyə Aİ Komissarı qeyd edib.

***

16:54

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

APA-nın xəbərinə görə, Aİ komissarı bu barədə "Twitter"də paylaşıb.

"Xarici işlər naziri David Zalkaliani ilə ötən həftə təqdim etdiyimiz Şərq Tərəfdaşlığı üçün İqtisadiyyat və İnvestisiya Planını, həmçinin Cənubi Qafqazda son vəziyyəti müzakirə etdik", - deyə o bildirib.

Qeyd edək ki, Aİ komissarı Cənubi Qafqaza səfərə gəlib. O, Gürcüstan, Azərbaycan və Ermənistanda bir sıra görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR