Palma adasında vulkan püskürməsi səbəbindən 10 minə qədər insanın təxliyə edilməsi gözlənilir

Palma adasında vulkan püskürməsi səbəbindən 10 minə qədər insanın təxliyə edilməsi gözlənilir
# 20 sentyabr 2021 00:51 (UTC +04:00)

İspaniyanın Palma adasında vulkan püskürməsi səbəbindən 10 minə qədər insanın təxliyə olunacağı gözlənilir.

APAxəbər verir ki, bu barədə bazar günü Krallığın Mülki Qvardiyası məlumat yayıb.

Bildirilib ki, təxminən 5-10 min insan təxliyə ediləcək.

Qeyd edək ki, indiyədək adada təxminən 500-ü turist olmaqla, 2 mindən çox insan təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR