Pandemiya dövründə silah satışı artıb

Pandemiya dövründə silah satışı artıb

© APA | Pandemiya dövründə silah satışı artıb

# 06 dekabr 2021 04:21 (UTC +04:00)

2020-ci ildə koronavirus pandemiyası böyük silah istehsalçılarının gəlirinin azalmasına səbəb olmayıb.

APA-nın xəbərinə görə, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında yer alır.

Məlumatda qeyd edilir ki, böyük hərbi ləvazimat istehsalçıları ardıcıl 6 ildir satışları artırır. 2020-ci ildə silah sektorundakı 100 böyük şirkətin dövriyyəsi 531 milyard dolları keçib ki, bunun da yarısı ABŞ-ın payına düşür.

2020-ci ildə qlobal iqtisadiyyatın 3% kiçilməsinə rəğmən, silah satışları 1,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR