Parisdə naməlum şəxs zərgərlik mağazasından 2 milyon avro dəyərində oğurluq edib

Parisdə naməlum şəxs zərgərlik mağazasından 2 milyon avro dəyərində oğurluq edib
# 28 iyul 2021 08:20 (UTC +04:00)

Parisin Yelisey meydanında yerləşən “Chaumet” zərgərlik mağazası naməlum şəxs tərəfindən qarət edilib.

APA “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, mağazaya silahla hücum edən cinayətkar 2 milyon avro dəyərində zinət əşyaları oğurlayıb.

Polisin məlumatına görə, yerli vaxtla, təxminən 17:10-da naməlum şəxs əvvəlcə elktromobillə dükana yaxınlaşıb. Sonra içəri girərək, işçilərə silahla hədə-qorxu gələrək, qızıl-zinət əşyalarını götürüb uzaqlaşıb.

Hadisə ilə bağlı istintaq başladılıb, cinayətkar axtarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR