Peyvənd olunmuş ABŞ vətəndaşları Aİ ölkələrinə səyahət edə biləcək

Peyvənd olunmuş ABŞ vətəndaşları Aİ ölkələrinə səyahət edə biləcək
# 19 may 2021 15:41 (UTC +04:00)

Tam peyvənd olunmuş ABŞ vətəndaşları Avropa İttifaqı ölkələrinə səyahət edə biləcəklər.

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, ABŞ-dan və bir neçə “təhlükəsiz” ölkədən gələn tam peyvənd olunmuş səyahətçilərin girişinə icazə ilə bağlı Aİ üzvləri razılığa gəlib.

27 üzv dövlətin hamısı Aİ-yə bir illik sərt giriş məhdudiyyətindən sonra səyahət məhdudiyyətlərinin yumşaldılması barədə razılaşıblar.

COVID-19 pandemiyasının ABŞ-da ağırlaşdığı zamandan bəri ilk dəfə bu ölkədən gələn səyahətçilərin Aİ-yə səyahətinə ilk dəfə icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR