Polşa-Belarus sərhədində suriyalı miqrantların bir yaşlı uşağı ölüb

Polşa-Belarus sərhədində suriyalı miqrantların bir yaşlı uşağı ölüb
# 18 noyabr 2021 22:21 (UTC +04:00)

Polşa-Belarus sərhəd zolağında yerləşən meşədə Suriyadan gələn miqrantların bir yaşlı uşağı ölüb.

APA-nın məlumatına görə, bu barədə Polşa Beynəlxalq Yardım Fondunun “Twitter” hesabında yazılıb.

"Saat 02:26-da (Bakı vaxtı ilə 05:26) meşədə olan bir nəfərin tibbi yardıma ehtiyacı olduğu barədə xəbər aldıq. Hadisə yerinə gələn xilasedicilər 3 nəfərin köməyə ehtiyacı olduğunu bildirib. Onlar ay yarım meşədə qalıblar. Gəncin mədəsində şiddətli ağrılar var idi. O, ac və susuz idi. Onun həyat yoldaşının da köməyə ehtiyacı olub. Kişinin qolunda kəsilmiş-deşilmiş yara, qadının isə ayağının aşağı hissəsində kəsilmiş yara var idi. Onların bir yaşlı uşağı isə meşədə ölüb”, məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR