Polşa Prezidenti Türkiyəyə səfər edib

Andjey Duda və Rəcəb Tayyib Ərdoğan

© APA | Andjey Duda və Rəcəb Tayyib Ərdoğan

# 24 may 2021 17:00 (UTC +04:00)

Türkiyədə səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimi olub.

APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasına istinadən verdiyi xəbərə görə, rəsmi qarşılanma mərasimindən sonra iki liderin əvvəlcə təkbətək, sonra heyətlərarası görüşü keçiriləcək.

Görüş çərçivəsində ikitərəfli əlaqələr hərtərəfli müzakirə olunacaq, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq. Bundan əlavə, regional və beynəlxalq məsələlərin də müzakirəsi və ikitərəfli əlaqələrlə bağlı sazişlərin imzalanması da nəzərdə tutulub.

Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR