Polşanın xarici işlər naziri Almaniyanı “Putin Rusiyası” ilə əməkdaşlığa görə qınayıb

Zbiqnev Rau

© APA | Zbiqnev Rau

# 30 iyun 2021 19:07 (UTC +04:00)

Polşanın xarici işlər naziri Zbiqnev Rau “Şimal axını-2” layihəsinin tamamlanmasının NATO-nun şərq cinahının təhlükəsizliyində boşluq yaradacağını, lakin Almaniyanın “Putin Rusiyası” ilə əməkdaşlığın məsuliyyətini anlamadığını bəyan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, “Frankfurter Allgemeine Zeitung” nəşrində dərc olunmuş məqaləsində yazıb.

Nazir məqaləsində qeyd edib ki, “Şimal axını-2” layihəsinin bitməsi NATO-nun şərq cinahının təhlükəsizliyində boşluq yaradacaq, bu isə Ukraynanın təhlükəsizliyinin tamamilə aradan qalxmasına gətirib çıxaracaq.

“Ona görə almanlara müraciət edərək, onları “Şimal axını-2” ilə bağlı məsuliyyətlərini dərk etməyə çağırıram”, - deyə Z. Rau yazır.

Nazirin fikrincə, NATO-nun şərq cinahını və Rusiyanın təcavüzün qurbanı olan Ukraynanı əvvəlkindən də fəal şəkildə müdafiə etmək lazımdır: “Polşa buna töhfə verməyə hazırdır”.

Z. Rau qeyd edib ki, Almaniyanın “Putin Rusiyası” ilə əməkdaşlığın nəticələrinə görə məsuliyyəti dərk etməməsi onu daha çox qorxudur.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ümumi gücü ildə 55 milyard kub-metr olan iki qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

ABŞ, Ukrayna və bəzi Avropa ölkələri layihənin əleyhinə çıxır. ABŞ layihədə iştirak edən bəzi şirkətlərə qarşı maliyyə sanksiyaları da tətbiq edib.

Almaniya isə qaz kəmərinin inşasının başa çatdırılmasını istəyir, ABŞ-ın birtərəfli qaydada sanksiyalar tətbiq etməsini rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR