Portuqaliya prezidenti parlamenti buraxmaq qərarına gəlib

Marselo Rebelo di Souz

© APA | Marselo Rebelo di Souz

# 05 noyabr 2021 08:22 (UTC +04:00)

Portuqaliya Prezidenti Marselo Rebelo di Souz bildirib ki, o, Respublika Məclisini (birpalatalı parlament) buraxmaq və ölkədə növbədənkənar seçkilər təyin etmək qərarına gəlib.

APA xəbər verir ki, dövlət başçısının çıxışı “Radio e Televisao de Portugal” dövlət televiziyasında yayımlanıb.

Prezident seçkilərin gələn il yanvarın 30-na təyin etdiyini də sözlərinə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR