Putin Almaniyanın yeni kansleri ilə konstruktiv əlaqələr qurmaq istəyir

Vladimir Putin, Olaf Şolts

© APA | Vladimir Putin, Olaf Şolts

# 08 dekabr 2021 15:48 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Almaniyanın yeni kansleri Olaf Şoltsla konstruktiv əlaqələr qurmaq istəyir.

APA-nın "Moscow Times"ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz davamlılığa, prezidentlə yeni kansler arasında konstruktiv münasibətlərin inkişaf edəcəyinə, Almaniya tərəfinin ən mürəkkəb fikir ayrılıqlarını həll etmək üçün dialoqa alternativin olmadığı anlayışından çıxış etməyə davam edəcəyinə ümid edirik", - deyə Peskov qeyd edib.

O bildirib ki, Rusiya Prezidenti Kansler Şoltsa təbrik teleqramı göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR