Putin Baydenin onu "qatil" adlandırmasından sonra verilən izahata qane olub

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti  Vladimir Putin

© APA | ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin

# 17 iyun 2021 02:28 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Co Baydenin onun ünvanına işlətdiyi sərt ifadələrlə bağlı sonradan verdiyi açıqlamasına qane olub.

APA “RİA Novosti”yə istinadən bu barədə Putin amerikalı liderlə görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

“Sərt ifadələrə gəlincə: nə deyə bilərəm, bu açıqlamanı hamımız bilirik. Bundan sonra Prezident Bayden mənə zəng etdi, biz aydınlıq gətirdik, bu izahat məni qane etdi, o, görüşməyi təklif etdi - bu ki onun təşəbbüsüdür, biz görüşdük”, - deyə Putin mətbuata konfranslarda bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR