Qardabanidə bankomat partladılıb - FOTO

Qardabanidə bankomat partladılıb - FOTO
# 23 sentyabr 2021 13:12 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Martğopi kəndində bankomat partladılıb.

APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında baş verib.

Məlumata görə naməlum şəxslər Ədliyyə Nazirliyinin İcma Mərkəzinin binasında yerləşən bankomatı soymaq məqsədi ilə partlayış törədiblər.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR