Qlazqo sammitində Ermənistan prezidentinə Paşinyan deyə müraciət edilib - VİDEO

Qlazqo sammitində Ermənistan prezidentinə Paşinyan deyə müraciət edilib - VİDEO
# 03 noyabr 2021 02:11 (UTC +04:00)

BMT-nin Qlazqo şəhərində keçirilən İqlim Dəyişikliyi Konfransının (COP26) 26-cı sessiyasında Ermənistan prezidenti Armen Sarkisyan səhvən ölkənin baş nazirinin soyadı ilə Paşinyan kimi təqdim edilib.

APA-nın məlumatına görə, bununla bağlı video görüntülər COP26-un internet portalında yayımlanıb.

Sessiyanın sədri “Ermənistan prezidenti Armen Paşinyanı” salamlamaqdan şad olduğunu bildirib. Tribunaya çıxan və çıxışını davam etdirən Ermənistan lideri “Sağ olun, cənab sədr. Mənim soyadım Sarkisyandır”, deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR