Roma Papası Kiprdən 50 miqrantı özü ilə aparacaq

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 03 dekabr 2021 18:07 (UTC +04:00)

Roma Papası Fransisk özü ilə Kiprdən İtaliyaya 50 miqrant aparacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kipr Respublikasının prezidenti Nikos Anastasiadias deyib.

Onun sözlərinə görə, Roma-Katolik kilsəsi tərəfindən irəli sürülən bu simvolik təşəbbüs ilk növbədə Avropa Birliyinin miqrant siyasətinə yenidən nəzərə yetirməsi, digər tərəfdən problemin daha ədalətli həlli və Avropa Birliyi dövlətləri arasında miqrantların humanist həyat yaşamaları baxımından vacibdir.

“Məhz bu səbəbdən biz Kiprdən İtaliyaya 50 immiqrantın aparılması təşəbbüsünə görə minnətdarlığımızı bildiririk”, - Kipr prezidenti vurğulayıb.

Qeyd edək ki, Roma Papası Fransisk Kiprdə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR