Romada yaşlı kişi və nəvələrini güllələyən şəxs intihar edib - YENİLƏNİB

Romada yaşlı kişi və nəvələrini güllələyən şəxs intihar edib - <span class="red_color">YENİLƏNİB
# 13 iyun 2021 19:55 (UTC +04:00)

Bu gün Romanın Ardea qəsəbəsində yaşlı kişi və onun 3 və 8 yaşlı iki nəvəsini  güllələyərək öldürən şəxs intihar edib.

APA-nın “Tgcom24” telekanalına istinadən verdiyi məlumata, polis atəş açan şəxsin psixi problemləri olan 35 yaşlı kişi olduğunu müəyyənləşdirib və onun yaşadığı ev mühasirəyə alınıb.

O, polislə danışıqlardan imtina edib. Bundan sonra əməliyyata keçirərək evə daxil olan polis həmin şəxsin intihar etdiyini müəyyənləşdirib.

***

saat 17.26

İtaliya paytaxtında yaşlı kişi və 3 və 8 yaşlı iki uşaq atəşə tutulub.

APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata, hadisə Romanın Ardea qəsəbəsində qeydə alınıb.

Güllə yarası alan kişi və iki uşaq ölüb.

Polis atəş açan şəxsin psixi problemləri olan 30 yaşlı kişi olduğunu müəyyənləşdirib. Hazırda həmin şəxsin yaşadığı ev mühasirəyə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR