Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Rumen Radev

© APA | Rumen Radev

# 22 noyabr 2021 15:25 (UTC +04:00)

Bolqarıstanın hazırkı rəhbəri Rumen Radev prezident seçkilərində qalib gəlib.

APA-nın məlumatına görə, o, seçkilərin ikinci turunda seçicilərin 66,72% səsini qazanıb.

Mərkəzi Seçki Komissiyasında bildirilib ki, artıq səslərin 100%-i hesablanıb. R. Radevin rəqibi, Sofiya Universitetinin rektoru Anastas Gercikov 31.80% səs toplayıb.

Vitse-prezident postunu isə İliya Yotova qazanıb.

Seçici fəallığı 24.12% təşkil edib.

Qeyd edək ki, Bolqarıstanda prezident seçkilərinin ilk turu noyabrın 14-də keçirilib. İlk turda 23 namizəddən heç biri 50% səs toplaya bilməyib. Birinci turda R. Radev 49,42, A. Gercikov isə 22,83% səs toplaya bilmişdi.

İkinci tur noyabrın 21-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR