Rusiya Türkiyəyə aviauçuşları iyunun 22-dən bərpa edir

Rusiya Türkiyəyə aviauçuşları iyunun 22-dən bərpa edir
# 18 iyun 2021 21:24 (UTC +04:00)

Rusiya 22 iyundan etibarən Türkiyə ilə aviauçuşları bərpa edir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin köməkçisi Tatyana Qolikova bildirib.

Belə bir qərar bu ölkəyə səfər edən rusiyalı yoxlama qrupunun rəyi əsasında verilib.

T.Qolikova, həmçinin qeyd edib ki, Türkiyədə xidmətlər sektorundakı personalın vaksin olunması da təşkil edilib. Otel işçiləri arasında peyvənd olunanların nisbəti 60-90% arasında dəyişir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR