Rusiya və ABŞ strateji sabitlik və silahlanma üzərində nəzarətlə bağlı razılığa gəlib

Rusiya və ABŞ strateji sabitlik və silahlanma üzərində nəzarətlə bağlı razılığa gəlib
# 16 iyun 2021 21:17 (UTC +04:00)

Dünyada strateji sabitliyə görə xüsusi məsuliyyət həm Rusiya, həm də ABŞ-ın üzərinə düşür.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Cenevrədə keçirilən Rusiya-ABŞ sammitinin yekunlarına dair mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası ən azı iki böyük nüvə gücü olduğundan irəli gələrək dünyadakı strateji sabitliyə görə xüsusi məsuliyyət daşıyırlar - Bu məsuliyyətin fərqindəyik. Düşünürəm ki, prezident Baydenin "SNV-3" (yaxın və uzaq mənzilli raketlərin ləğv edilməsinə dair saziş) müqaviləsinin daha beş il müddətinə uzadılması ilə bağlı məsuliyyətli qərarı hamımız üçün aydın faktdır".

Putin amerikalı həmkarı ilə danışıqlarda Rusiya XİN və ABŞ Dövlət Departamentinin himayəsi altında ABŞ tərəfl ilə strateji sabitlik və silahlanma üzərində nəzarətlə bağlı qurumlararası məsləhətləşmələr haqqında razılığa gəldiklərini də bildirib: "Biz ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyinin himayəsi altında qurumlararası məsləhətləşmələrə başlamaq barədə razılığa gəldik. Həmkarlarımız nümayəndə heyətlərinin tərkibini və işin yerini, eləcə də bu görüşlərin müddətini müəyyən edəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR