Rusiya və Fransa XİN rəhbərləri Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya və Fransa XİN rəhbərlərinin görüşü

© APA | Rusiya və Fransa XİN rəhbərlərinin görüşü

# 12 noyabr 2021 19:04 (UTC +04:00)

Rusiya və Fransa xarici işlər nazirləri Polşa-Belarus sərhəddindəki vəziyyəti müzakirə ediblər.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in bu gün Parisdə Təhlükəsizlik Məsələləri üzrə Fransa-Rusiya Əməkdaşlıq Şurasının iclası çərçivəsində keçirilən müzakirələrlə bağlı yaydığı məlumatda qeyd olunub.

"Belarus-Polşa sərhədindəki vəziyyəti müzakirə edərkən Rusiya tərəfi problemin yalnız aidiyyəti tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan dialoq yolu ilə və humanitar hüquq əsasında həllinin vacibliyini vurğulayıb", - Rusiya XİN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR