Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb

ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov

# 20 may 2021 01:20 (UTC +04:00)

İslandiyanın paytaxtı Reykiyavik şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyd edək ki, Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətləri, prezidentlər Putin və Baydenin görüşünü, eləcə də Yaxın Şərqdə baş verən prosesləri, Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR