Saakaşvili Batumi şəhərindədir - YENİLƏNİB

Saakaşvili Batumi şəhərindədir - YENİLƏNİB
# 01 oktyabr 2021 10:25 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın Batumi şəhərindədir.

APA-nın yerli bürosunun xəbərinə görə, M. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yayıb.

M. Saakaşvili öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırıb.

“Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”, - sabiq prezident qeyd edib.

***

saat 10:00

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ölkəsinə qayıdıb.

APA-nın xəbərinə görə, bu barədə Saakaşvili "Faceebok" hesabında bildirib.

"Sabahın xeyir, Gürcüstan! Artıq 8 il sonra Gürcüstanda", - eks prezident qeyd edib.

Gürcüstanın Daxili İşlər Nazirliyi M. Saakaşvilinin ölkəyə qayıtması xəbərini nə təsdiq, nə də inkar edib.

M. Saakaşvili daha əvvəl oktyabrda yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar vətəninə qayıtmaq niyyətində olduğunu bildirmişdi. O, Gürcüstanda daxili axtarışa verilib və barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR