Saakaşvili vəkilləri ilə görüş zamanı  huşunu itirərək yıxılıb

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 18 noyabr 2021 19:26 (UTC +04:00)

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili vəkilləri ilə görüş zamanı huşunu itirərək yıxılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə keçmiş Prezidentin vəkili Beka Basilaia jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, vəkilləri ilə görüşdən sonra yuxarı mərtəbəyə qalxarkən huşunu itirərək yıxılan M. Saakaşvili bir neçə dəqiqə sonra özünə gələrək gözlərini açıb, lakin heç bir söz deməyib.

B. Badilaia sabiq Prezidentin xərəklə aparıldığını, lakin hazırda harada olduğu barədə məlumatının olmadığını qeyd edib.

Qeyd edək ki, Gürcüstana qeyri-qanuni yollarla qayıtmış üçüncü Prezident M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib. Həbs edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayan Saakaşvili səhhətindəki problemlərlə əlaqədar noyabrın 8-də iradəsinin ziddinə olaraq helikopterlə 18 saylı Qldani Penitensiar Xəstəxanasına nəql edilib. Təxminən 50 gündür ki, aclıq aksiyası keçirən sabiq Prezidentin yalnız maye və vitaminlər qəbul etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR