Saakaşvili xəstəxanaya yerləşdirilməsinə hazır oduğunu bildirib

Mixail Saakaşvili

© APA | Mixail Saakaşvili

# 21 oktyabr 2021 05:42 (UTC +04:00)

“Aclıq aksiyası keçirən eks-prezident Mixail Saakaşvili bildirib ki, xəstəxanaya köçürülməsinə hazırdır, lakin bunun nə vaxt olacağı məlum deyil”.

APA xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze bildirib.

Həkimin sözlərinə görə, təfərrüatlar səhiyyə və ədliyyə nazirlikləri ilə müzakirə olunacaq:
“Xəstəxanaya yerləşdirilmə eks-prezidentin aclıq aksiyasına son verməsi demək deyil.
Saakaşvilinin klinikada nə qədər qalacağı da məlum deyil”.

Qeyd edək ki, daha əvvəl ədliyyə naziri Rati Breqadze Saakaşvilinin, lazım gələrsə, həbsxananın xəstəxanasına köçürüləcəyini bildirmişdi.

Xatırladaq ki, Saakaşvili bir neçə cinayət işi üzrə oktyabrın 1-də Gürcüstanda saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR