Saakaşvilinin tutulmasının əməliyyat görüntüsü yayılıb - VİDEO

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 05 oktyabr 2021 14:17 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Tbilisidə saxlanılmasının əməliyyat görüntüsü yayılıb.

APA-nın “palitranews.ge”yə istinadən verdiyi xəbərə görə, video M. Saakaşvilinin Tbilisidə qaldığı evdə çəkilib.

Qeyd edək ki, M. Saakaşvili oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə tutulub. O, dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunub. Sabiq prezident bundan əvvəl Valeri Gelaşviliyə fiziki hücumda təqsirli bilinib. Onun barəsində buna görə 6 il, vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə isə 2 il 3 ay müddətinə həbs qərarı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR