Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Markl

© APA | Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Markl

# 06 iyun 2021 22:28 (UTC +04:00)

Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Marklın 4 iyun tarixində ikinci dəfə övladları dünyaya gəlib.

APA TASS-a istinadən xəbər verir ki, Sasseks hersoqu və hersoginyası tərəfindən təsis olunmuş “Archewell” ictimai təşkilatının saytında yerləşdirilən açıqlamaya görə, uşağa Lilibet Diana adı verilib.

Taxt-tac varisliyi növbəsində səkkizinci yeri tutan qız uşağı Şahzadə Harri və Meqan Marklın bir ildən çox yaşadıqları Santa-Barbara (Kaliforniya) xəstəxanasında dünyaya gəlib. “Həm ana, həm də körpə hazırda yaxşıdırlar, artıq evdədirlər”, - məlumatda belə ​​deyilir.

Uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Şahzadə Harrinin anası Şahzadə Diananın (1961-1997) şərəfinə bu ad verilib.

Hazırda Şahzadə Harri və xanımı Santa-Barbara şəhərində yaşayırlar. Cütlüyün 6 may 2019-cu il təvəllüdlü Arçi adında bir oğlu da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR