Sebastian Kurts korrupsiya şübhəsinə görə vəzifəsini tərk etməyəcəyini bildirib

Avstriya kansleri Sebastian Kurts

© APA | Avstriya kansleri Sebastian Kurts

# 07 oktyabr 2021 02:40 (UTC +04:00)

Avstriya kansleri Sebastian Kurts ona qarşı irəli sürülən korrupsiya şübhəsini rədd edib və bildirib ki, prokurorluğun araşdırmalarına baxmayaraq, vəzifəsini tərk etməyəcək.

APA xəbər verir ki, Kurts bunu “ORF2” telekanalının efirində deyib.

“Bəli, əlbəttə”, - Kurts ona qarşı şübhələr yaranarsa, kansler kimi vəzifəsinin icrasını davam etdirib-etdirməyəcəyi ilə bağlı sualın cavabında belə deyib.

O, əlavə edib ki, bir yerdə qanunsuz nə isə baş verəndə niyə həmişə məhz onu günahkar etmək istədiklərini başa düşə bilmir.

Kurtsun sözlərinə görə, ona qarşı bütün araşdırmalar konkret sübut olmadan aparılır.

“Avstriyada hər zaman qanunun aliliyinə və konstitusiyaya dəyər verdiyimiz üçün qanunun aliliyinə riayət etməliyik. Günahsızlıq ehtimalı mövcuddur”, - deyən Kurts onu da əlavə edib ki, təqsirinin olmasına dair qərarı yalnız məhkəmə verə bilər, ictimaiyyət deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR