Sergey Lavrov avqustda səfər edəcəyi ölkələri açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 23 iyul 2021 12:57 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov avqust ayında səfər edəcəyi ölkələri açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Sergey Lavrov bu barədə "Rusiyanın xarici siyasəti: Nailiyyətlər, problemlər, vəzifələr və perspektivlər" mövzusunda keçirilən vebinarda deyib.

"Qərb ölkələrində həmkarlarım arasında dostlarım var. Məni Avropa İttifaqının müəyyən ölkələrinə dəvət edirlər. Məsələn, gələn ay Macarıstan, Avstriya, İtaliyaya səfərim gözlənilir. Özlərinə, ölkələrinə, tarixlərinə və xarici siyasətə hörmət edənlər hər kəsi anti-Rusiya sırasına daxil etməyə çalışan Brüsseldəki bürokratlara qulaq asmırlar", -deyə Sergey Lavrov bildirib.

Rusiya XİN başçısı xatırladıb ki, Cozep Borrell Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi seçilməzdən əvvəl onunla görüşüb və tərəflər arasında yaxşı dialoq olub. "Və o, Brüsselə getdikdən sonra orada ona nəyin yaxşı, nəyin pis olduğunu izah etdilər", - deyə Lavrov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR