Son 10 ildə dörd milyard insan iqlim dəyişikliyindən əziyyət çəkib

BMT-nin Baş katibi Antonio Quterreş

© APA | BMT-nin Baş katibi Antonio Quterreş

# 01 noyabr 2021 18:34 (UTC +04:00)

BMT-nin İqlim Dəyişikliyi Sammiti bəşəriyyəti xilas etmək və planeti qorumaq üçün hərəkətə keçməlidir.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Qlazqoda keçirilən İqlim Dəyişikliyi Sammitinin açılışında çıxışı zamanı bildirib.

“Artıq yetər deməyin vaxtıdır! Bəsdir, bioloji müxtəlifliyə qarşı qəddarlıq. Bəsdir, karbonla özümüzü öldürməyimiz. Bəsdir, təbiətlə tualet kimi davranmaq. Biz özümüzə qəbir qazırıq”, - BMT-nin Baş katibi vurğulayıb.

A. Quterreş zəngin ölkələri iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrinə adaptasiya üçün yoxsul ölkələrə ildə 100 milyard dollar ayırmaq vədini yerinə yetirməyə çağırıb.

O, həmçinin qlobal liderləri həssas icmaları qorumaq üçün daha çox iş görməyə səsləyib. Baş katib əlavə edib ki, son 10 ildə təxminən dörd milyard insan iqlim dəyişikliyi ilə bağlı fəlakətdən əziyyət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR