Sosial-Demokrat Partiyası Bundestaqa seçkilərdə qalib gəlib

Bundestaq binası

© APA | Bundestaq binası

# 15 oktyabr 2021 15:45 (UTC +04:00)

Bu il sentyabrın 26-da Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, Almaniya Federativ Respublikası Seçki Komissiyasının sədri Georq Til bu gün Bundestaqda rəsmi nəticələri açıqlayıb.

Rəsmi nəticələrə əsasən, Almaniya Sosial-Demokrat Partiyası 25,7% səslə seçkidə qalıb gəlib.

Mühafizəkar Xristian-Demokrat və Xristian-Sosialist ittifaqları bloku 24,1% səs toplayıb. Bu, blokun tarixində ən pis göstəricidir.

Liberal Azadlıq Demokratik Partiyası seçicilərin 11.5%, “İttifaq-90/”Yaşıllar” 14,8, “Almaniya üçün Alternativ” partiyası 10,3% səsini alıb. Həmçinin, Sol Partiya 4,9% səslə Bundestaqa düşə bilib.

Qeyd edək ki, Federal Seçki Komissiyası parlament seçkilərində seçici fəallığının 76,6% olduğunu açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR