Stoltenberq NATO-nun Əfqanıstana gələcək dəstəyinin istiqamətlərini açıqlayıb

NATO baş katibi Yens Stoltenberq və Fransa Prezidenti Emmanuel Makron

© APA | NATO baş katibi Yens Stoltenberq və Fransa Prezidenti Emmanuel Makron

# 21 may 2021 14:39 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq NATO-nun Əfqanıstana gələcək dəstəyinin istiqamətlərini açıqlayıb.

APA-nın xəbərinə görə, Baş katib Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında deyib ki, təşkilatın Əfqanıstanda hərbi mövcudluğu sona çatır.

“Biz yeni səhifə açırıq. NATO-nun gələcək dəstəyinin üç əsas sütunu olacaq. Birincisi, Əfqanıstan təhlükəsizlik qurumlarına məsləhət və potensialın gücləndirilməsinə dəstək və əfqan təhlükəsizlik qüvvələrinə davamlı maliyyə dəstəyi göstərməyi planlaşdırırıq. İkincisi, hərbi təhsil və Əfqanıstandan kənarda Xüsusi Əməliyyat Qüvvələrinə fokuslanmış təlimlər verməyi nəzərdə tuturuq. Üçüncüsü, Kabil hava limanının da fəaliyyəti də daxil olmaqla digər xidmətlərin göstərilməsinə maliyyə dəstəyi göstərməyi planlaşdırırıq. Bütün bu addımlar istər NATO müttəfiqlərinə, istərsə də beynəlxalq ictimaiyyətə imkan verəcək ki, Əfqanıstan xalqına yardım etməyə davam etsin və sülh prosesinə töhfə versin”, - deyə NATO Baş katibi vurğulayıb.

Xatırladaq ki, NATO ölkələri bu ilin sonunadək qoşunlarını Əfqanıstandan çıxarmaq barədə razılığa gəliblər. Artıq qoşunların çıxarılması prosesi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR