Stoltenberq: "Rusiyanın dialoq və qarşılıqlı anlaşmanı təşviq etməyən qərarından təəssüf hissi keçiririk"

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 20 oktyabr 2021 19:07 (UTC +04:00)

"Rusiyanın qərarından təəssüflənirik. Bu həftənin əvvəlində Rusiya NATO-dakı missiyasının və bizim Moskvadakı ofisimizin bağlanacağını bəyan etdi. Biz dialoq və qarşılıqlı anlaşmanı təşviq etməyən bu qərardan təəssüf hissi keçiririk".

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, ancaq NATO-nun siyasəti ardıcıl olaraq qalır: Ü"NATO-Rusiya Şurası vasitəsi ilə biz dialoqa açığıq. Eyni zamanda müdafiəmizi necə gücləndirəcəyimizlə bağlı qiymətləndirmələrimizi davam etdirəcəyik. Xalqlarımızı qorumaq üçün doğru planlara, bacarıqlara və qüvvələrə sahib olacağıq".

Onun sözlərinə görə, Rusiyanın nüvə qabiliyyətli raket sistemlərinə cavab olaraq NATO bu istiqamətdə öz inkişafını nəzərdən keçirəcək: "2018-ci ildə NATO Rusiyanın INF Müqaviləsini pozaraq raketlər hazırladığını və yerləşdirdiyini müəyyən etdi və bu da müqavilənin pozulmasına gətirib çıxardı. O vaxtdan bəri Rusiya raket arsenalını daha da artırıb və hipersonik sistemləri inkişaf etdirib. Bu raketlər Avroatlantik zonada təhlükəsizliyə real təhlükə yaradır", Yens Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR