Tbilisidə “Gürcü Arzusu”nun genişmiqyaslı mitinqi keçirilir - FOTO

Tbilisidə “Gürcü Arzusu”nun genişmiqyaslı mitinqi keçirilir - FOTO
# 27 oktyabr 2021 17:14 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə hakim “Gürcü Arzusu” partiyasının genişmiqyaslı mitinqi başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, paytaxtın Azadlıq meydanında keçirilən sonuncu seçki öncəsi mitinqdə müxtəlif regionlardan gələn on minlərlə partiya tərəfdarı iştirak edir.

Mitinq səbəbi ilə Azadlıq meydanında, eləcə də Rustaveli prospekti də daxil olmaqla ətraf yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə seçkilərinin ikinci turu oktyabrın 30-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR