Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası

© APA | Tbilisidə parlament binası qarşısında etiraz aksiyası

# 19 noyabr 2021 16:41 (UTC +04:00)

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat ” partiyası Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirir.

APA-nın yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin səhhətindəki problemlərlə əlaqədar çoxprofilli xəstəxanaya köçürülməsini tələb edirlər. Partiyanın sədri Nika Melia çıxışında bildirib ki, M. Saakaşvili xəstəxanaya köçürülənədək etirazlar davam etdiriləcək.

Aksiya ilə bağlı Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, əraziyə çoxlu sayda polis cəlb olunub.

Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilən sabiq Prezident M. Saakaşvilinin səhhətində təxminən 50 gündür keçirdiyi aclıq aksiyası səbəbindən ciddi problemlər yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR