Türkiyə ABŞ-dan 40 ədəd "F-16" almaq istəyir

Türkiyə ABŞ-dan 40 ədəd "F-16" almaq istəyir
# 02 dekabr 2021 15:00 (UTC +04:00)

“F-35 təyyarəsi almamıza maneə yaradıldı. ABŞ-dan 40 ədəd F-16 döyüş təyyarəsi tələb etdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində bildirib.

H.Akar qeyd edib ki, Türkiyə və ABŞ Müdafiə Nazirliklərinin nümayəndə heyətlərinin oktyabr-noyabr aylarında keçirilən görüşlərində Türkiyə ordusunun ehtiyac və tələbləri ifadə olunub:

“Modernləşdirilmiş yeni F-16-ların təkcə Türkiyə Silahlı Qüvvələrinin (TSK) deyil, eyni zamanda NATO-nun qüdrətlənməsinə də faydası olacağını nümayəndə heyətinin diqqətinə çatdırdıq”.

H.Akar deyib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ordusununun bu ehtiyaclarını qarşılamaq üçün ABŞ konqresinin təsdiqindən sonra mümkün olacağını bildirib:

“Əlaqələrimiz davam edir. Biz danışıqlar zamanı öz mövqeyimizi aydın şəkildə ortaya qoymuşuq.Görüşlərimizin davam etdirilməsi razılaşdırılıb. Önümüzdəki aylarda yenidən görüş keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR