Türkiyə gəmi əleyhinə raketin uğurlu sınağını həyata keçirib - VİDEO

Türkiyə gəmi əleyhinə raketin uğurlu sınağını həyata keçirib - VİDEO
# 19 iyun 2021 02:40 (UTC +04:00)

Türkiyənin “Atmaca” gəmi əleyhinə raketi silahlanmaya verilməzdən əvvəl son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

“Mavi Vətənimizin polad qılıncı olan “Atmaca” gəmi əleyhinə raket silahlanmaya verilməzdən əvvəl bugünkü son sınaq zamanı ilk dəfə olaraq gəmi hədəf tam dəqiqliklə vurdu”, - deyə Ərdoğan “Twitter” hesabında yazıb.

O, raket sınağı ilə bağlı video da paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR