Türkiyə ilə Polşa arasında 5 sahə üzrə saziş imzalanıb

Türkiyə ilə Polşa arasında 5 sahə üzrə saziş imzalanıb
# 24 may 2021 23:18 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Polşa Prezidenti Andji Duda ilə ikitərəfli və heyətlərarası görüşdən sonra tərəflər arasında idman, turizm, müdafiə sənayesi, kənd təsərrüfatı sahəsində sazişlər imzalanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, tərəflər arasında "İdman sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Turizm sahəsində Əməkdaşlıq üzrə Birgə Bəyannamə", "Müdafiə Sənayesində Gizli Məlumatları Qarşılıqlı Qoruma Müqaviləsi", "Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu" və "Bayraktar TB2 Silahlı Pilotsuz Hava Vasitələri Sistemləri Satınalma Sazişi" sənədləri qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR