Türkiyə MN: Silahlı Qüvvələrimizin Əfqanıstanda döyüş mövqeyi olmayacaq

Türkiyə MN: Silahlı Qüvvələrimizin Əfqanıstanda döyüş mövqeyi olmayacaq

© APA | Türkiyə Müdafiə Nazirliyi

# 29 iyul 2021 14:39 (UTC +04:00)

“Vəzifəsi davam edəcəyi təqdirdə, Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda əvvəldən olduğu kimi, döyüş mövqeyi olmayacaq və özünümüdafiə xaricində heç bir hərbi əməliyyatla məşğul olmayacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirlər Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamadayer alıb.

Qeyd olunub ki, Əfqanıstan üçün son dərəcə mühüm olan və altı ildir TSK tərəfindən həyata keçirilən Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyi müzakirə mövzusudur: “Kabildəki hava limanının istifadə olunması üçün lazımi şərtlər yerinə yetirildiyi təqdirdə, əfqan xalqı və Əfqanıstanla əlaqələrimizə böyük töhfə verən vəzifəmizi yerinə yetirməyə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR