Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyinatı olub

Musa Avsever

© APA | Musa Avsever

# 04 avqust 2021 17:20 (UTC +04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Hərbi Şurasının (AHŞ) qərarı ilə Türkiyə Silahlı Qüvvələrində (TSK) Quru Qüvvələri komandanı vəzifəsinə general Musa Avsever təyin edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın bu gün AHŞ-nin 2 saata yaxın davam edən iclasından sonrakı açıqlamasında bildirib.

İbrahim Kalın deyib ki, AHŞ-nin qərarı ilə hava və dəniz qüvvələri komandanlarının vəzifə müddətləri uzadılıb.

44 general və admiralın vəzifə müddətləri bir il, 320 polkovnikin vəzifə müddəti isə 2 il uzadılıb.

30 avqust 2021-ci ildən qüvvədə olmaq etibarilə 17 general və admiralın rütbəsi bir dərəcə artırılıb, 56 polkovnikə isə general və admiral rütbəsi verilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR