Türkiyə Şimali Kiprdə yeni prezident və parlament binaları inşa etmək niyyətindədir

Türkiyə Şimali Kiprdə yeni prezident və parlament binaları inşa etmək niyyətindədir
# 19 iyul 2021 19:38 (UTC +04:00)

“Şimali Nikosiya şəhərində Şimali Kipr Türk Respublikasının (KKTC) yeni Prezident Administrasiyası və parlament binalarının inşası üçün böyük tikinti kompleksi salacağıq, mövcud yerlər isə muzey olaraq istifadəyə veriləcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Şimali Kiprdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KKTC-nin parlamentində çıxış edərkən bildirib.

KKTC-nin Sülh və Müstəqillik Hərəkatının 47-ci ildönümü ilə əlaqədar Şimali Kiprdə səfərdə olan R. T. Ərdoğan deyib ki, səfər proqramları çərçivəsində son dərəcə əhəmiyyətli olan bəzi xoş xəbərləri çatdıracaq ki, bunlardan biri də KKTC-nin paytaxtında Metexan bölgəsində tikinti üçün ayrılan sözügedən kompleksdir: “Dövlət olmanın bir ifadəsi də budur. Kipr türklərinə məxsus necə bir dövlət var bunu nümayiş etdirəcəyik. Biz burada sadəcə ortaq bir həyəcanı bölüşmürük, həm də bu gün Türkiyə ilə KKTC-nin arasındakı əbədi qardaşlığı bir daha elan edirik. Türkiyə və Kipr türkləri olaraq bu günlərə ağır itkilər verərək gəlib çıxmışıq. Burada azad nəfəs alaraq, gələcəyə ümidlə baxa biliriksə, buna görə, şəhidlərimizə borcluyuq. 1974-cü ildə bu adaya sülh və rifah gətirən şəhidlərimizi, Kirpin hürriyyət mücadiləsinin lideri doktor Fazil Küçük, qurucusu Rauf Denktaş başda olmaqla Kipr üçün canını fəda edən hər bir şəxsi ehtiramla anıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR