Türkiyə və Ukrayna XİN rəhbərləri görüşüb

Mövlud Çavuşoğlu, Dmitri Kuleba

© APA | Mövlud Çavuşoğlu, Dmitri Kuleba

# 07 oktyabr 2021 13:27 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna xarici işlər naziri D. Kuleba "Twitter"də bildirib.

Nazirlər arasında görüş Ukraynanın Lvov şəhərində baş tutub.

“Strateji tərəfdaşlığımızı gücləndirmək barədə danışıqlar, iş adamları və tələbələrlə görüşlər, önəmli tarixi yerləri ziyarət etmək də daxil olmaqla, qarşıda iki maraqlı gün var”, - Ukrayna XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR