Türkiyə XİN Əfqanıstanda məsciddə törədilən terror aktını qınayıb

Türkiyə XİN

© APA | Türkiyə XİN

# 15 oktyabr 2021 14:55 (UTC +04:00)

“Əfqanıstanda son zamanlar, xüsusilə məscidlərdə törədilən terror aktlarını şiddətlə qınayırıq, əfqan xalqına başsağlığı diləyirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin bu gün Əfqanıstanın Qəndəhar şəhərində baş verən partlayışla bağlı mövqeyində bildirilib.

Qeyd edək ki, Qəndəharın şiə məscidində törədilən terror aktı nəticəsində ən azı 30 nəfərin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR