Türkiyə XİN: “İngiltərə mətbuatında “Əfqanıstan miqrantları ilə bağlı Türkiyə planı” həqiqəti əks etdirmir”

Türkiyə XİN: “İngiltərə mətbuatında “Əfqanıstan miqrantları ilə bağlı Türkiyə planı” həqiqəti əks etdirmir”
# 23 avqust 2021 02:42 (UTC +04:00)

“İngiltərə mətbuatında Əfqanıstandan miqrasiya edənlərə üçüncü ölkələrdə sığınacaq yaradılması üçün Türkiyədə mərkəz qurulması planı barədə xəbərlər həqiqəti əks etdirmir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyinin İngiltərə mətbuatında Türkiyə haqqında Əfqanıstan mövzusunda yazılanlara bildirilən mövqedə bu fikirlər yer alıb.

Qeyd olunub ki, Türkiyə bu günə qədər heç bir ölkədən bu istiqamətdə rəsmi bir müraciət almayıb: ”Bu istiqamətdə bir istək olsa belə, bunu qəbul etməyimiz əsla mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR